EN

“İrşad Electronics” müştərini 4 aydır niyə süründürür?

Xətai Quliyev adlı vətəndaş “İrşad Electronics” mağazalar şəbəkəsindən şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib. Bildirir ki, mağazadan paltaryuyan maşın alıb. Lakin qısa müddətdən sonra cihazda problem yaranıb.

Məhsulu aldığı vaxtdan 14 gün keçdiyi üçün qaytara bilməyib. Məcbur olub servisə göndərib. Lakin 4 aydır ki, problem həllini tapmır.

Məhsulun 1 il zəmanəti olduğunu bildirən müştəri problemin həlli üçün şirkətə dəfələrlə müraciət etdiyini də əlavə edib.

İrşad Electronics” müştəriyə rəsmi cavab yazıb: “Hər vaxtınız xeyirli olsun. Şirkətimiz üçün hər bir müştəri və onlara göstərilən xidmət səviyyəsi çox böyük əhəmiyyət kəsb edir. Şəxsi mesaj bölməsində məlumatlarınız mövcuddur. Bu məlumatlar əsasında müraciətinizi müvafiq şöbəyə yönləndiriləcək və ən qısa zamanda məsələni həlli ilə bağlı lazımi tədbirlər görüləcəkdir”.

Lakin müştəri dəfələrlə eyni sözü eşitdiyini vurğulayıb.

 

Chosen
51
1
azpost.info

2Sources