EN

Bruno Genesio: “Dortmundda heç-heçə sərfəli nəticədir”

“Lill”in baş məşqçisi Bruno Genesio Çempionlar Liqasının 1/8 finalının Dortmund “Borussiya”sı ilə ilk oyununu (1:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu gün biz yaxşı bir oyun keçirdik, xüsuilə ikinci hissədə. 1:1 hesablı heç-heçə cavab oyunu ərəfəsində bizi sərfəli vəziyyətə daşıdı. Əgər 1/4 finala çıxmaq istəyiriksə, bizə, evdə çox keyfiyyətli oyun keçirmək gərək olacaq”, deyə Bruno Genesio vurğulayıb.

Cavab oyunu çərçivəsində “itlər” Dortmund “Borussiya”sını martın 12-də Lilldə qəbul edəcəklər.

Chosen
29
arena.az

1Sources