EN

Gürcüstanın Baş naziri: "Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk"

Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına xüsusi əhəmiyyət verir...

"Report" ölkə hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze özbəkistanlı həmkarı Abdulla Aripovla görüşündə bildirib. 

"Biz ölkələrimiz arasında ticarət tərəfdaşlığının daha da genişləndirilməsində maraqlıyıq. Bundan əlavə, investisiya sahəsində fəaliyyətlər də mümkündür”, - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Gürcüstan strateji mövqeyə malikdir və tarixən Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirib: “Biz bu strateji yerləşmədən maksimum istifadə etmək istəyirik. Gürcüstanla Özbəkistan arasında bu istiqamətdə əməkdaşlıq çox səmərəli və faydalı ola bilər”.

Poliqon.info 

Chosen
7
2
poliqon.info

3Sources