EN

Hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi keçirilib

Bakı. Trend:

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilənhərbi ekspert Ədalət Verdiyevin məhkəmə hazırlıq prosesikeçirilib.

Trend xəbərverir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə anketməlumatları dəqiqləşdirilib və məhkəmənin qapalı keçirilməsi iləbağlı qərar qəbul verilib.

Buna səbəb kimi iş üzrə dövlət sirrini təşkil edən məlumatlarınolması bildirilib.

Məhkəmənin baxışa verilməsi qərara alınıb.

Proses martın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ədalət Verdiyev 2024-cü ilin noyabr ayındasaxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatına görə, media subyektləri vəinternet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyəvə İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiəqərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan RespublikasınınSilahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmişxüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindəndövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edənmənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyənolunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılmasıBaş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqla,işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuşmedia-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət VerdiyevinAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşməntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarınındislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitininümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonrahəmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsiləqeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına,yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə AzərbaycanRespublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiəqabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olanmühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmışsübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1(dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olanvəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsininqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Chosen
17
30
az.trend.az

10Sources