EN

Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Operativ Media xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclası qapalı keçirilib. Buna səbəb

işdə dövlət sirri olması barədə məlumatların qeyd olunduğu göstərilib. İş məhkəmə baxışına verilib.
Qapalı iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 19-a təyin olunub.

Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

Chosen
76
49
operativmedia.az

10Sources