EN

Makron, Starmer və Zelenski Vaşinqtona gedəcək

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmer və Vladimir Zelenski ilə birlikdə Vaşinqtona səfər edəcək.   Manset.az xəbər verir ki bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirdiyi brifinqdə məlumat verib. “Prezident Makronun Zelenski və Böyük Britaniyanın baş naziri ilə birlikdə yenidən Vaşinqtona səfəri gözlənilir”.

Bundan əvvəl Britaniyanın “The Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniya və Fransa liderləri gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Zelenski ilə Vaşinqtona getməyə hazırdırlar.

Chosen
53
24
manset.az

10Sources