Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində qadın həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
KONKRET.az xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.
Məlumata görə, ailə münaqişəsi zəminində baş verən qarşıdurma nəticəsində yaralanan ailə başçısı xəstəxanaya köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb.