EN

Əlində qumbara partlayan gəncin barmaqları amputasiya edildi

15:52 05.03.2025
15:52 05.03.2025

Martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlunun əlində əl qumbara partlayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirilib ki, 05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edilib ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

 


Chosen
135
8
mynews.az

10Sources