EN

Ədalət Verdiyevin məhkəməsi başlayıb

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.
 
Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar verilib.
 
Buna səbəb olaraq cinayət işində dövlət sirrini təşkil edən məlumatların olması göstərilib.
Chosen
113
11
moderator.az

10Sources