Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib.
O bildirib ki, ən gözəl səsi olanlar Qarabağda doğulurlar: "Qarabağımız qayıdıb, ora köç olacaq. Səs o dağlardan gəlir. O, sudan, havadan... Bakıdan elə möhtəşəm səs yarana bilməz".
T.Şahmalıoğlu Qarabağ Universitetdə çalışmaq arzusundan da söz açıb: "Əlbəttə, gedərəm, köçərəm, yaxşı da tələbə hazırlaşdıraram".
MİA.AZ