EN

İki ay idi Ermənistandan atəş açılmırdı - Nə baş verir? 

 Martın 4-ü saat 22:05-dÉ™ ErmÉ™nistan silahlı qüvvÉ™lÉ™rinin bölmÉ™lÉ™ri Gorus rayonunun Xanazax yaÅŸayış mÉ™ntÉ™qÉ™si istiqamÉ™tindÉ™ yerləşən mövqelÉ™rindÉ™n Ordumuzun mövqelÉ™rini atıcı silahlardan atəşə tutub. MÉ™lumatı martın 5-dÉ™ AzÉ™rbaycanın MüdafiÉ™ Nazirliyi yayıb.
 
Bəs, buna qədər Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini nə vaxt atəşə tutmuşdu? Son zamanlar belə hadisə hansı ayda baş verib?
 
Aydın olub ki, buna qədər oxşar hadisə iki ay əvvəl baş verib. Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyi martın 6-da bu xəbəri yayarkən onu da vurğulayıb ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Bununla belə, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Chosen
17
2
moderator.az

3Sources