EN

Qazaxıstanda BMT-nin regional ofisi yaradılıb

BAKI,TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılması haqqında qətnamə qəbul edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, 152 dövlət bu qətnamənin həmmüəllifi olub.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 74-cü sessiyasında belə bir mərkəzin yaradılmasını təklif edib.

Mərkəz beynəlxalq və regional səylərin əlaqələndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi, texniki yardım və birgə layihələrin həyata keçirilməsi üçün əsas platformaya çevriləcək.

Onlar konkret və ölçülə bilən nəticələrə nail olmaq üçün hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edəcəklər.

Chosen
29
turkic.world

1Sources