ABŞ prezidenti Donald Tramp hazırda Danimarka Krallığının muxtar ərazisi olan adanın “inanılmaz insanları” üçün firavanlıq və təhlükəsizlik mənzərəsini çəkərək Qrenlandiyanı əldə etməkdə maraqlı olduğunu bir daha təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bu barədə o, martın 4-də Konqresə müraciətində bildirib .
Tramp çıxışında Qrenlandiya xalqına bir mesajı olduğunu bildirib. “Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik və əgər bunu seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarında salamlayarıq”-deyə, Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az