EN

Paris Makronun Zelenski və Starmerlə Vaşinqtona mümkün səfəri barədə məlumatı təkzib edib

Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birlikdə yaxın vaxtlarda ABŞ-yə mümkün səfəri barədə məlumatı təkzib edib.

“Report” "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, Yelisey sarayında hökumət nümayəndəsinin açıqlaması təkzib edilib və hazırda Fransa rezidentinin Vaşinqtona yeni səfərinin planlaşdırılmadığı bildirilib.

Daha əvvəl Fransa hökumətinin mətbuat katibi Sofi Prima Makronun Zelenski və Starmerlə birlikdə qısamüddətli perspektivdə ABŞ-yə səfər etmək imkanının nəzərdən keçirildiyini bildirmişdi.

Chosen
132
24
report.az

10Sources