EN

Rusiya DİN: Hər ikinci polis əməkdaşı işdən çıxıb

Rusiyada hər ikinci sahə polisi işdən çıxıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) geniş tərkibli kollegiya iclasında nazir Vladimir Kolokoltsev məlumat verib.

Onun sözlərinə görə, son altı il ərzində ölkədə sahə polislərinin heyəti demək olar ki, tamamilə yenilənib.

"Təkcə ötən il 10 ildən artıq iş təcrübəsinə malik olan hər ikinci sahə polisi işdən çıxıb", – deyə o vurğulayıb.

Kolokoltsev qeyd edib ki, sahə polisinin işi ona həvalə edilmiş ərazini mükəmməl tanımağı və vətəndaşlarla sıx ünsiyyətdə olmağı tələb edir.

Chosen
17
far.az

1Sources