EN

Emin Mahmudov “Neftçi”də 200-cü oyuna çıxdı, ilkə imza atdı

Azərbaycan Premyer Liqasının 25-ci turunun sonuncu oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.

O, yubiley matçına qədər 43 qola imza atıb.

Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

Xatırladaq ki, Emin Mahmudov Premyer Liqada 2017/2018-ci illər mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.

Emin Mahmudov 2017-ci ilin sentyabrında müqavilə imzaladığı paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 248 oyun keçirib. O, bu oyunlarda 58 qol vurub, 61 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 53 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
121
43
arena.az

10Sources