EN

Mingəçevir Sənaye Parkından indiyə qədər 326 milyon manatlıq məhsul satılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkından indiyə qədər 326 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 84 %-dən çoxu, yəni 276,6 milyon manatlıq hissəsi ixrac edilib.

“İki sahil”  bu barədə agentliyə istinadən istinadla xəbər verir. 

Məlumata görə, Parka ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təmin edilib.

Mingəçevir Sənaye Parkı 2015-ci ildə yaradılıb, 26 hektar ərazini əhatə edir. 

Chosen
9
2
ikisahil.az

3Sources