EN

Xabi Alonso: “Bayern” Almaniyanın ən yaxşı komandasıdır”

“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 1/8 finalının səfərdə “Bayern”lə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Biz bir-birimizi çox yaxşı tanıyırıq, bir müddət əvvəl biz Almaniya Bundesliqası çərçivəsində oynamışıq. Bizə, onların hücumlarının öhdəsindən gəlmək gərəkdir. “Bayern” – Almaniyada ən yaxşı komandadır, amma ən yaxşı komanda heç də həmişə qalib gəlmir. Baxacağıq – görəcəyik”, deyə Xabi Alonso qısa şərhi ilə azarkşeləri intizarda saxlayıb.

Hakim “Bayern” – “Bayer” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Chosen
34
arena.az

1Sources