EN

Rusiya-Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib

“Özbəkistan Hava Yolları”nın Rusiya-Daşkənd reysi texniki səbəblərə görə ləğv edilib və sərnişinlər Moskvada qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda aviaşirkətin teleqram kanalında məlumat verilib.

“Martın 5-də “Boeing 767-300” təyyarəsi Moskvanın Vnukovo hava limanından Daşkəndə uçmalı idi, lakin uçuş texniki səbəblərə görə ləğv edildi”, - məlumatda qeyd olunub.

Aviaşirkət martın 5-i və 6-da reys iştirakçılarını alternativ reyslərlə təyinat yerinə daşıyacağını vəd edib. 

Chosen
46
4
qafqazinfo.az

5Sources