EN

İntihara cəhd edən gənc şairin vəziyyəti AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sevinc Mall" ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edən gənc şair Həsən Zeynallı (Kür) süni tənəffüs aparatından ayrılıb, vəziyyəti stabilləşib.
Bu barədə Oxu.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.
O bildirib ki, xəstənin əməliyyata ehtiyacı yoxdur:
"Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də, hələ ki travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir. Onun heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir".
Xatırladaq ki, maddi problemlərə görə intihar edən gənc şairin vəziyyətinin ağır olduğu bildirilmişdi.
Aygün Mirakif
Chosen
109
4
oxu.az

10Sources