EN

FİFA icazə verdi - Bu futbolçunun Azərbaycan millisində oynaması üçün!

“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisinə çıxış etmək üçün FİFA-dan icazə alıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqustunda paytaxt komandasına transfer olub və yerli futbolçu kimi qeydiyyatdan keçib.

Lakin Quliyev vətəndaşlığını dəyişməkdən əlavə, Azərbaycanın “idman vətəndaşlığı”nı da almalı idi.

İlyarımdan sonra FİFA yarımmüdafiəçinin Azərbaycan millisində oynamasına razılıq verib.

Belə ki, Fernandu Santuş dəvət edərsə, Ayaz Quliyev milli komandamızda çıxış edə biləcək.

Chosen
70
32
sportinfo.az

10Sources