ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Konqres tərəfindən təsdiqlənmiş milyardlarla dollarlıq xarici yardımı dondurmaq tələbini rədd edib.
AZƏRTAC-ın məlumatına görə, qərara əsasən Tramp administrasiyası məhkəmənin qərarına əməl etməli və tamamlanmış işlər üçün qeyri-kommersiya yardım qruplarını təxminən 2 milyard dollar xarici yardımla təmin etməlidir.
Məhkəmə maliyyənin vaxtını açıqlamayıb, bu isə Ağ evə məsələni aşağı məhkəmələrdə mübahisələndirməyə imkan verəcək. Qərar 5 səs lehinə, 4 səs əleyhinə olmaqla qəbul edilib.