EN

Mourinyo ulduzlardan ibarət heyət qurur -

Super Liqada lider "Qalatasaray"la xal fərqini 4-ə endirən "Fənərbaxça" 2025-2026 mövsümü üçün heyətini artıq qurmağa başlayıb. Metbuat.az xəbər verir ki, xüsusilə Milan Skrinyar və Filip Kostiçin çıxışı artıq “Fənərbaxça” rəhbərliyini hərəkətə keçirib. Klub hər iki futbolçunu birdəfəlik transfer etmək istəyir. Sol cinahlara transfer olunan Filip Kostiçin performansı ilə Joze Mourinyonun diqqətini çəkib. “Fənərbaxça”, birdəfəlik transfer etmək bəndi ilə icarəyə götürdüyü Kostiç üçün "Yuventus"la danışıqlara başlayıb. “Fənərbaxça” PSJ-dən icarəyə götürdüyü Milan Skrinyarı da birdəfəlik transfer etmək istəyir. Onun müqaviləsində birdəfəlik transfer etmək bəndi yoxdur.

Qeyd edək ki, Türkiyə mediasının məlumatına görə, Joze Mourinyo gələn mövsüm də "Fənərbaxça"da qalmağa qərar verib və heyəti artıq qurmağa başlayıb.

Chosen
49
6
metbuat.az

6Sources