EN

Mingəçevirdə 20 uşağın 1 dayənin ümidinə qaldığı bağça... VİDEO

Mingəçevirdə baxçada müəllim çatışmır.

Xezerxeber.az xəbər verir ki, şəhərdə fəaliyyət göstərən 7 saylı uşaq bağçasında günorta saatlarından sonra körpələr dayənin ümidinə qalır.

Müəllimsiz qalan baxçada övladları tərbiyə alan valideynlər məsələ ilə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Valideynlər bildirib ki, yanvar ayından uşaqlar günorta saatlarından sonra müəllimsiz qalıb. Məsələ ilə bağlı adiyyatı qurumlara da məlumat verilib. Hər dəfə də yeni müəllim gələcək vədi verilib.

Valideynlər uşaqlarını etibar edəcək müəllimin gələcəyini səbirsizliklə gözləsələrdə bu reallaşmır. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi müsabiqə və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçirilir.  Mingəçevir şəhəri 7 nömrəli "Günəş" uşaq bağçasında işə qəbul prosesinin tələblərinə cavab verən uyğun namizəd olmadığından rus bölməsi üzrə vakant yer tutulmayıb. Prosesin davam etdiyini nəzərə alaraq Regional Təhsil İdarəsi tərəfindən yaxın zamanda həmin vakant vəzifəyə uyğun əməkdaşın seçilməsi istiqamətində zəruri addımlar atılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
60
xezerxeber.az

1Sources