
Soyuq havalarda qrip və soyuqdəymə halları artır. Xəstəliyin təsirlərini azaltmaq üçün təbii üsullar mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, immuniteti gücləndirən bəzi bitki mənşəli qarışıqlar burun tutulmasını açır və rahat yuxuya kömək edir.
Soğan müalicəsi
Soğan qaynadılaraq hazırlanmış məhlul immuniteti gücləndirir və qrip əlamətlərini yüngülləşdirir. Lakin qastrit və ya xorası olanların həkim məsləhəti alması vacibdir.
Öskürəyə qarşı zefir çiçəyi
Bu bitki qaynadılaraq içildikdə boğazı sakitləşdirir və quru öskürəyi aradan qaldırır.
Nar qabığı çayı
Nar qabığı qaynadılaraq içildikdə immuniteti gücləndirir və qripin təsirlərini azaldır. Qara bibərlə birlikdə daha təsirli olur.
Həkim tövsiyələri və qrip peyvəndi
Qripdən qorunmaq üçün həkim məsləhəti almaq, tövsiyə olunan dərmanlardan istifadə etmək və peyvənd vurdurmaq xəstəliyin təsirlərini minimuma endirə bilər.
Təbii üsullarla yanaşı, gigiyena qaydalarına əməl etmək və sağlam qidalanmaq qripdən qorunmaq üçün vacibdir.
Tərcümə: Könül Oruc