EN

Güclü siklon yaxınlaşır: Bu ölkədə uçuşlar kütləvi şəkildə ləğv olunur

Avstraliyanın Kuinslənd ştatına yaxınlaşan “Alfred” siklonu artıq hava və yerüstü nəqliyyat sistemini iflic edib.

Publika.az xəbər verir ki, “Jetstar”, “Qantas” və “Virgin Australia” aviaşirkətləri 22 reysi təxirə salıblar.

Brisben yaxınlığında yerləşən Qold-Kost hava limanı isə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Hava şəraiti ilə əlaqədar dəyişikliklər eyni zamanda yerüstü nəqliyyata təsir göstərib.

Chosen
9
1
publika.az

3Sources