EN

Zaqatala sakininin meyiti köhnə tikilidə tapıldı

Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.

Belə ki, kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B. Hüseynovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Əldə olunan məlumata görə, B. Hüseynovun ailə quraraq rayonun Qandax kəndində köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Yaxınları övladının vaxtsız dünyasını dəyişməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.

Chosen
9
6
redaktor.az

9Sources