Hurriyyet.Az bildirirki, bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, baş nazir Nikol Paşinyanın İran televiziyasına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılqması və sülh sazişi ilə bağlı verdiyi açıqlamalar bir daha İrəvanın üzərinə götürdüyü öhdəliklərdən imtinanın sübutudur: “Paşinyan həmin müsahibəsində 10 noyabr 2020-ci ildə imzalanan bəyanatının 9-cu bəndinin müddəalarını imtina edərək bəyan edib ki, yolların açılması ilə Ermənistan heç vaxt nə yazılı, nə də şifahi öhdəlik götürməyib. Paşinyan belə bir mövqe sərgiləməklə Ermənistanla Azərbaycan arasında nəqliyyat vasitələrinin açılmasında və dayanıqlı sülhün əldə olunmasında maraqlı olmadığını ortaya qoyur. Bununla da Paşinyan erməni hiyləgərliyinə əl atmaqla uydurma “Sülh kəsmişməsi” fikrini ortaya atır. Amma Ermənistan tərəfi onu da unudur ki, onların təklif etdiyi bu layihə Azərbaycansız kağız parçasından başqa bir şey deyil. Əgər Ermənistan doğrudan da Azərbaycanla nəqliyyat yollarının açılmasında və regional əməkdaşlığın inteqrasiyasında maraqlıdırsa, o zaman 10 noyabr bəyanatının 9-cu maddəsini icra etsinlər. Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin edilməlidir. Ermənistan sonunda onsuz da Bakının bu şərtini qəbul edəcək. Amma onda gec olacaq. Bakının şərtləri qəbul edilməyənədək Ermənistan üzləşdiyi izolyasiyadan çıxa bilməyəcək. İrəvan onu da unutmamalıdır ki, Bakının alternativləri mövcuddur və ondan istifadə edəcək. Bu isə o deməkdir ki, Ermənistan bu siyasəti ilə özünü daha da dalana dirəməklə məhvə sürükləyəcək. O zaman isə çox gec olacaq. Ermənistanın yalvarışının belə nəticəsi olmayacaq”.
Mürtəza