“Xırdalan” dairəsi istiqamətində yaranan sıxlığın səbəbi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib:
“Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilir. Hazırda bu səbəbdən “Xırdalan" dairəsi istiqamətində sıxlıq yaranıb”.
