EN

Xırdalan istiqamətindəki sıxlığın səbəbi açıqlandı - Foto

“Xırdalan” dairəsi istiqamətində yaranan sıxlığın səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib:

“Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilir.  Hazırda bu səbəbdən “Xırdalan" dairəsi istiqamətində sıxlıq yaranıb”.


Chosen
34
12
qafqazinfo.az

10Sources