"Fənərbağça" Avropa Liqasında növbəti mərhələyə yüksəlmək üçün "Reyncers" ilə cütün ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə mətbuat konfransında Çağlar Söyüncü jurnalistlərin önünə çıxıb. Təcrübəli müdafiəçi komandanın hədəflərindən danışıb:

"Hər üç kuboku qazanmaq istəyirik. Onsuz da hocamızın kuboklarını söyləməyə gərək yoxdur. Gəldiyi gündən bəri bütün kubokları əldə etməyi hədəflədiyini bildirdi. Bacardığımız qədər irəli gedəcəyik. Buna gücümüz var və inanırıq.

Qeyd edək ki, görüş sabah Bakı vaxtı ilə saat 21:45 - də start götürəcək. Tərəflər arasında birinci oyun İstanbulda baş tutacaq.