EN

ABŞ və Kanada qarşılıqlı tariflər fonunda danışıqlar aparıb

"Sonra anladım ki, o, bu problemdən hakimiyyətdə qalmaq üçün istifadə etməyə çalışır"

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trüdo ölkələrin bir-birinə idxal rüsumları tətbiq etməsindən bir gün sonra danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə CNN müxbiri Eleyna Trini ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

“Castin Trüdo mənə zəng edərək tariflərlə bağlı nə edilə biləcəyini soruşdu. Ona dedim ki, Kanada-Meksika sərhədindən keçən fentanildən çox adam öldü və heç nə məni onun dayandığına inandırmadı. Dedi ki, daha yaxşıdır, amma mən bəs deyil dedim. Söhbət bir qədər mehribanlıqla bitdi! O, mənə Kanadada seçkilərin nə vaxt olduğunu deyə bilmədi, bu da məni maraqlandırdı, burada nə baş verir? Sonra anladım ki, o, bu problemdən hakimiyyətdə qalmaq üçün istifadə etməyə çalışır. “Uğurlar, Castin!”, - deyə Tramp Truth-da yazıb.

Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumları tətbiq edib. Eyni zamanda, Çindən idxal edilən mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.

Chosen
11
operativmedia.az

1Sources