EN

KİV: "Ukrayna ordusunun "Patriot" raketləri tükənmək üzrədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Silahlı Qüvvələrinin (USQ) arsenalındakı "Patriot" hava hücumundan müdafiə sistemləri (HHM) üçün raket ehtiyatları bir neçə həftədən sonra tükənə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat paylaşıb.
Buna səbəb kimi amerikalıların Kiyevə silah tədarükünü dayandırmaları göstərilir. Problem ondadır ki, ABŞ-nin digər texnikasından fərqli olaraq, "Patriot" raketlərini alternativ silahla əvəz etmək mümkün deyil.
"ABŞ "Patriot" raket sistemləri, eləcə də onlar üçün raketlərin istehsalı üzrə lisenziyalara malikdir, bu da bir çox Avropa ölkələri üçün bu sistemlərin yenidən yaradılmasını çətinləşdirir" , - deyə mənbə vurğulayıb.
Xatırladaq ki, martın 4-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırıldığını bəyan edib.
Chosen
42
1
oxu.az

2Sources