EN

Polşa Gürcüstan vətəndaşlarını deportasiya edib

"Deportasiyalar başlayıb, biz gürcü qruplaşmalarını sözdə deyil, əməldə faktiki olaraq parçalayırıq".

Qaziler.azbildirir ki, bu barədə Polşanın baş naziri Donald Tusk X sosial şəbəkəsində yazır.

O, bəyanatına ölkənin Sərhəd Polisinin qanunsuz gürcü miqrantları təyyarəyə qədər müşayiət etdiyini əks etdirən videonu da əlavə edib.

Polşa rəsmilərinin məlumatına görə, martın 5-də 17 Gürcüstan vətəndaşı ölkədən deportasiya edilib.

“Polşa çox tolerant ölkədir, lakin biz cinayətə dözməyəcəyik. Biz cinayətkarları alqışlamırıq və onlar deportasiya olunacaqlar... İstər xırda xuliqanlıq, istər narkotik ticarəti, istərsə də mütəşəkkil cinayətdə iştirak olmasından asılı olmayaraq”, - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Yaçek Dobrzinski bildirib.

Rəsmilərin bildirdiyinə görə, martın 5-də deportasiya edilənlər arasında Polşanın müxtəlif yerlərindən deportasiya məqsədilə gətirilən 24-58 yaşlı kişilər də var.

QAZİLER.AZ

Chosen
29
qaziler.az

1Sources