EN

"Apple" Böyük Britaniyanın kəşfiyyat agentliklərini məhkəməyə verdi

Amerikanın "Apple" korporasiyası Böyük Britaniyanın İstintaq Tribunalına şikayət ərizəsi ilə müraciət edərək, kəşfiyyat agentliklərinin şifrələnmiş "iCloud" istifadəçi məlumatlarına giriş tələbini ləğv etməyə çalışıb.

Valyuta.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Bir ay əvvəl Britaniya hakimiyyəti “Apple”dan ölkənin kəşfiyyat xidmətlərinə “iCloud”a yüklənmiş bütün şifrələnmiş məzmuna çıxışı təmin etməyi tələb etmişdi. Hazırda yalnız istifadəçilərin özləri belə girişə malikdirlər. Hətta "Apple" belə məzmuna baxa bilmir. Fevralın sonunda isə Amerika korporasiyası bulud xidmətinin britaniyalı istifadəçiləri üçün “genişlənmiş məlumatların qorunması” funksiyasını ləğv edib.

Hətta sorğunun alınması faktının açıqlanması da cinayət məsuliyyətinə cəlb olunduğundan "Apple" əvvəllər bu vəziyyəti şərh etməyib. Lakin ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Britaniya hakimiyyətinin belə bir tələbini amerikalıların məxfilik hüquqlarının və vətəndaş azadlıqlarının “aydın və açıq şəkildə pozulması” adlandırıb və MKİ, Milli Təhlükəsizlik Agentliyi və ABŞ-ın digər kəşfiyyat agentlikləri tərəfindən “Apple” ətrafında vəziyyətin araşdırıldığını elan edib.

Paşa Məmmədli

Chosen
35
valyuta.az

1Sources