Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi KubanıçbekOmuraliyev, Brüsseldə keçirilən TDT-nin Regional Su Forumundaməruzə ilə çıxış edib. Tədbir TDT, Macarıstan İxracın TəşviqiAgentliyi (HEPA) və Quraqlığın Qarşısının Alınması İnstitutununbirgə təşkilatçılığı ilə baş tutub.
Trend xəbər verirki, forumda Belçika Krallığında akkreditə olunmuş TDT-yə üzvdövlətlərin diplomatik missiyalarının rəhbərləri, yüksəkvəzifəlirəsmilər, ekspertlər, eləcə də türk dövlətlərində və onlarınhüdudlarından kənarda su ehtiyatlarının idarə edilməsi vədavamlılığı ilə bağlı aktual problemlərin həllinə maraq göstərəntərəflər iştirak edib.
Tədbirin gündəliyi regional əməkdaşlığın inkişafı, dayanıqlı sutexnologiyalarının təşviqi və yaşıl inkişafa investisiyaimkanlarının araşdırılması məsələlərinə yönəlib.
Kubanıçbek Omuraliyev çıxışında su çatışmazlığı və iqlimproblemlərinin həllində regional əməkdaşlığın müstəsna əhəmiyyətinivurğulayıb. O, quraqlıq və digər ekoloji təhdidlərə qarşıdayanıqlılığı artırmaq üçün TDT-nin innovativ həllər və tədbirlərhazırlamaq sahəsindəki rolunu qeyd edib.
Forumda su texnologiyaları sahəsində səmərəli həllərin təminolunmasında türk dövlətləri arasında tərəfdaşlığın rolu müzakirəedilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), QlobalYaşıl İnkişaf İnstitutu (GGGI) və digər beynəlxalq təşkilatlarınnümayəndələri də forumdakı müzakirələrdə fəal iştirak ediblər.
Tədbir çərçivəsində TDT-nin Quraqlığın Qarşısının Alınmasıİnstitutunun əməkdaşları iştirakçılara bu qurumun fəaliyyəti,məqsədləri və həyata keçirdiyi təşəbbüslər haqqında məlumatveriblər.
Forum çərçivəsində HEPA, Macarıstan Ekoloji MüəssisələrAssosiasiyası və “KEXPORT” klasteri arasında texnoloji həllərintətbiqi və türk dövlətləri üçün potensialın artırılmasına yönəlmişAnlaşma Memorandumu imzalanıb.