EN

Uşaqlar sevgi, qayğı və təhlükəsizlik içində böyüməlidir - Deputаt Fаtmа Yıldırım


Əziz həmvətənlər!
Dünən sosial şəbəkələrdə yayılmış görüntüləri izlədim. Bir ana olaraq, o görüntülər mənə çox dərindən təsir etdi. Uşaqlara qarşı hər cür zorakılıq yolverilməzdir və bu cür hallar cəmiyyətimiz üçün ciddi narahatlıq doğurur.

Görüntülərdə azyaşlı bir uşağın amansız şəkildə fiziki zorakılığa məruz qaldığını görmək hər birimizi sarsıtdı. Uşaqlar sevgi, qayğı və təhlükəsizlik içində böyüməlidirlər, lakin təəssüf ki, bəzi hallarda onlar ən yaxınlarından şiddət görürlər. Bu, yolverilməzdir və cəmiyyət olaraq biz belə halların qarşısını almaq üçün daha da ayıq olmalıyıq.
Sevindirici haldır ki, aidiyyəti qurumlar məsələyə dərhal reaksiya verib və bu gün uşağa qarşı zorakılıq törədən ana hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu, onu göstərir ki, dövlətimiz bu cür hadisələrə biganə qalmır və uşaqların hüquqlarının qorunması üçün qəti tədbirlər görür.
Lakin unutmaq olmaz ki, təkcə qanunların sərtliyi kifayət deyil. Cəmiyyət olaraq biz də bu məsələyə həssas yanaşmalı, ətrafımızda baş verən zorakılıq hallarına biganə qalmamalıyıq. Hər birimiz uşaqların təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Qonşular, müəllimlər, yaxınlar – hamımız ətrafımızda baş verən bu cür hallara vaxtında müdaxilə etməliyik.
Uşaq zorakılığı halları ilə qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verin. Azərbaycan Uşaq Qaynar Xətti – 116111 nömrəsinə zəng edərək bu cür hallarla bağlı anonim və ödənişsiz məlumat verə bilərsiniz.
Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün valideynlər, müəllimlər və cəmiyyət birlikdə məsuliyyət daşıyır. Valideynlər uşaqlarına sevgi və anlayışla yanaşmalı, fiziki və psixoloji zorakılıqdan çəkinməli, onların problemlərini dinləməli və alternativ tərbiyə üsullarından istifadə etməlidirlər. Müəllimlər və tərbiyəçilər uşaqlarla hörmət çərçivəsində ünsiyyət qurmalı, onların emosional vəziyyətini nəzərə almalı və zorakılıq halları ilə qarşılaşdıqda müvafiq qurumlara məlumat verməlidirlər. Cəmiyyət isə uşaqların təhlükəsizliyi üçün ayıq-sayıq olmalı, zorakılıq hallarına biganə qalmamalı və bu mövzuda maarifləndirmə işlərinə dəstək verməlidir.
Unutmaq olmaz ki, uşaqlar bizim gələcəyimizdir və onların sağlam, təhlükəsiz mühitdə böyüməsi cəmiyyətimizin rifahı üçün əsas şərtdir!
Bir 2 nəfər və mətn şəkili ola bilər

Chosen
31
nuh.az

1Sources