EN

ÇL: “Bavariya”dan darmadağın, “Barsa” 10 nəfərlə qələbə qazandı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “İnter” Niderlandda “Feyenoord”un qonağı olub.

Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

Bu nəticə ilə "İnter" cavab matçına üstün yollanıb.

“Bavariya” “Bayer”lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona” isə “Benfika” ilə qarşılaşıb. İlk hissəsi qolsuz yekunlaşan matçın taleyini 1 qol həll edib. Görüş qonaqların minimalhesablı qalibiyyəti ilə nəticələnib.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

5 mart

21:45. “Feyenoord” (Niderland) - "İnter" (İtaliya) 0:2

00:00. PSJ (Fransa) - “Liverpul” (İngiltərə) 0:1

00:00. “Bavariya” (Almaniya) - “Bayer 04” (Almaniya) 3:0

00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) 0:1

"Barsa" - "Atletiko" matçında 8 qol - VİDEO

“Brentford” 4 qolla sevinib

Avropa Liqası: "Fənərbaxça"nın 1/8 finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB

ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB

Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB

Chosen
52
4
apasport.az

10Sources