EN

Avropa İttifaqı Polşaya 30 milyard zlotu müdafiə xərclərinə yönəltməyə icazə verib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Polşaya pandemiyadan sonra iqtisadiyyatınbərpası üçün ayrılan vəsaitdən 30 milyard zlotını (7,2 milyardavro) müdafiə xərclərinə yönəltməyə icazə verib.

Trend xəbər verirki, bu barədə Polşanın fondlar və regional siyasət naziri KatarjinaPełçinskaya-Nalenç “X” sosial şəbəkəsindəki paylaşımdabildirib.

“Avropa Komissiyası ilə razılaşdırıldı. Milli Bərpa Planıçərçivəsində 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik vəmüdafiə fondu yaradırıq. Bunun üçün Şəhərlərin YaşılTransformasiyası maliyyə alətindən vəsaitlərin bir hissəsiniyönləndiririk,” - nazir yazıb.

O qeyd edib ki, vəsaitdən bələdiyyələr yollar və sığınacaqlarkimi ikili təyinatlı obyektlərin tikintisi üçün istifadə edə bilər,fond həmçinin müdafiə tədqiqatları və istehsalınımaliyyələşdirəcək.

Qeyd edək ki, martın 4-də Avropa Komissiyasının sədri Ursula fonder Lyayen Aİ-nin 27 ölkəsinin liderinə məktub göndərərək, icmanıyenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdimedib. O, 150 milyard avroluq kreditlə Aİ ölkələrinə hava hücumundanmüdafiə və artilleriya sistemləri, raketlər və artilleriyasursatları, pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlərkimi ümumAvropa hərbi qabiliyyətlərinin yaradılmasının təklifolunduğunu vurğulayıb.

Chosen
24
az.trend.az

1Sources