EN

Kanada ABŞ-nin rüsumlarına qarşı iddia qaldırdı

Kanada Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin nizamlanması orqanında ABŞ gömrük rüsumlarına qarşı iddia qaldırıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə ÜTT-nin bəyanatında deyilir.

Bildirilir ki, Kanada ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə əlaqədar ÜTT-də mübahisələrin həlli çərçivəsində Birləşmiş Ştatlar ilə məsləhətləşmələrin başlanılmasını istəyib.

İddia ərizəsi martın 5-də ÜTT üzvlərinə göndərilib.

Xatırladaq ki, ABŞ Kanada və Meksikadan malların idxalına 25 faizlik rüsumlar tətbiq edib.

Chosen
27
hakimiyyet.az

1Sources