EN

Çində 125 milyon il əvvəl yaşamış nəhəng əqrəbin qalığı tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çində 125 milyon il əvvəl yaşamış olduqca nadir əqrəbin daşlaşmış qalığı tapılıb.
Oxu.Az "Live Science" nəşrinə istinadla xəbər verir ki, alimlər bu növə əvvəllər rast gəlməyiblər.
Tapılan əqrəb bir çox qədim və müasir növlərdən daha böyük olub. Tədqiqatçılar yeni növə "Jeholia longchengi" adını veriblər.
Onun uzunluğu 10 santimetrə çatıb, bu da onu dövrünün nəhənginə çevirib. Həmin dövrün digər əqrəbləri ən azı iki dəfə kiçik olublar.
Chosen
134
50
oxu.az

10Sources