"Bir dəfə dedim və qalmaqala səbəb oldu. Kişiləri qocaldan içki və siqaretdir. Bəzilərinin xoşuna gəlməmişdi ki, bu nə söhbətdir. Pis söz demədim, yenə təkrarlayıram: siqaret və içki pis vərdişdir. Bunlar kişini tez qocaldır, uzaq olun".
Paralel.az Axşam.az-a iistinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Qonaqcanlı" verilişində deyib. Sənətçi formada qalması haqda suallara belə cavab verib:
"Heç bir prosedur etmirəm. Üzümdə qırış var. Güləndə görünür hamısı. Sadəcə pis vərdişlərdən uzağam".