EN

Coşqun Diniyevin komandasında baş məşqçi istefaya göndərildi

Türkiyə 1-ci Liqa komandası "Çorum" futbol klubunun baş məşqçisi istefaya göndərilib.

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" futbol klubu baş məşqçisi Serkan Özbalta ilə yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Çempionatın son turunda "Boluspor"a 2-0 hesabı ilə məglub olduqdan sonra bu qərar alınıb.

Qeyd edək ki, baş məşqçi Serkan Özbalta "Boluspor"la matçda Coşqun Diniyevə şans verməyib. 

Chosen
62
operativmedia.az

1Sources