EN

PSJ uduzdu, “Barça” və “Bavariya” qalib gəldi – ÇL


Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bundesliqa lideri “Bavariya” doğma meydanda Almaniya çempionu “Bayer”lə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, Vinsent Kompaninin tələbələri Xabi Alonsonun rəhbərlik etdiyi komandaya 3:0 hesabı ilə qalib gəliblər.
İngilis hücumçu Harri Keyn dubla imza atıb, həmçinin almaniyalı yarımmüdafiəçi Camal Musiala da fərqlənib.
62-ci dəqiqədən etibarən “Bayer Leverkuzen” meydanda azlıqda qalıb. Fransalı müdafiəçi Nordi Muquielle ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İspaniya təmsilçisi “Barselona” isə uzun müddət 10 nəfərlə mübarizə aparmasına baxmayaraq səfərdə Portuqaliya “Benfika”sını 1:0 hesabı ilə məğlub edə bilib.
22-ci dəqiqədə “Barselona”nın ispan müdafiəçisi Pau Kubarsi birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komandaya qələbə qazandıran qolu braziliyalı hücumçu Rafinya vurub.
Fransa çempionu PSJ Parisdə İngiltərə Premyer Liqasının lideri “Liverpul”la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. İngilis yarımmüdafiəçisi Harvi Elliot son dəqiqələrdə qələbə qolunu vurub.
Qeyd edək ki, ötən gün baş tutan ilk oyunda İtaliya çempionu “İnter” səfərdə Hollandiyanın “Feyenoord” klubunu 2:0 hesabı ilə məğlub edib.
Chosen
53
yeniavaz.com

1Sources