EN

Rayonlarda günlük kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR

Bayramqabağı rayonlarda günlük kirayə mənzillərə olan tələbat artıb.

"Regionlarda hotel çatışmazlığı və eyni zamanda otel qiymətlərinin baha olması, günlük kirayə mənzillərə olan tələbatı daha da artırır".

Bu sözləri Operativ Media-ya əmlak ekspert Ramil Mustafayev bildirib.
________________________________________________________________

Bayram günlərində bölgələrdəki hotellərin qiymətləri 

Bayram günlərində ölkədaxili tur qiymətləri 

Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri 
_________________________________________________________________

Onun sözlərinə görə, qeyri-iş günlərində rayonlarda kirayə mənzillərə olan tələbat qiymətə təsir göstərir:

“Təbii ki, qeyri-iş günlərində rayonlarda kirayə mənzillərə olan tələbat qiymətə təsir göstərir. Bu faktorlar fərdi yaşayış evlərində turist kimi gecələmək istəyən şəxslərin sayını müsbət təsir edir. Regionlarda, turistik baxımdan əlverişli olan ərazilərdə aparılan tədqiqatlar göstərir ki, son illərdə bu sahə ilə məşğul olan sahibkar və maklerlərin sayında kifayət qədər artım var. Buna görə də mart ayında qeyri-iş günlərinin çoxluğu təbii ki, bu sahədə qiymət artımına təsir göstərəcək”.

Rayonlarda gündəlik mənzil qiymətləri aşağıdakı kimidir. Qiymətlər evin yerləşdiyi ərazi və otaq sayına görə dəyişir:

1

Quba

3-4 otaq

50 – 120-150 AZN

2

Qəbələ

 5-7 -6 otaq

150-170-250-300 AZN

3

 Zaqatalar

 3-4 otaq

60-100 AZN

4

İsmayıllı

3 – 4 otaq

 70-130 AZN

5

⁠Qax

 3 otaq-80 AZN

4-5-6 otaq- 100-180 AZN

6

 Lerik

 3və 4 otaqlı evlər

120- 140 AZN

7

Şəki

 2-3 otaq

70 – 80 AZN

5 – 6-7 otaq

300 – 350 – 400 AZN

8

Xızı

2 otaq

80- 130-170( Aframe evlər)

9

Xaçmaz Nabran şəhəri

 2 -3 otaq

80-100-150AZN

Ekspert Elnur Azadov isə bildirib ki, qeyri-iş günləri daha uzun olduğu zaman ölkəmizdə daxili turizm aktivləşir: “Əsasən Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdən bəzi turizm zonalarına səyahət edilir. Bu zonalar isə əsasən Qəbələ, İsmayıllı və Quba istiqamətindədir. Buna görə də gündəlik kirayə evlərin qiymətləri məhz bu zonalarda digərlərinə nisbətən daha baha olur. Qiymətlər qeyri-iş günləri və bayram tətillərində 30, 40, bəzən isə 50 faiz artır. Tələb çox olduğundan orta qiymətlər 30-50 faiz arası dəyişir. Lənkəran, Masallı, Astara və Bakıdan daha uzaq olan rayonlarda daha ucuz gündəlik kirayə mənzillər mövcuddur”.

Chosen
21
operativmedia.az

1Sources