EN

Kanada XİN rəhbəri: Kanadanın yeni Baş naziri çox yaxında elan ediləcək

Kanada Xarici İşlər Naziri Melanie Joly Kanadanın Castin Trudeau-dan sonra yeni baş nazirinin çox yaxında elan ediləcəyini deyib.

Editor.az xəbər verir ki, bu barədə Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) tərəfindən ABŞ-Kanada münasibətləri ilə bağlı keçirilən sessiyada Coli deyib.

“İnanıram ki, tezliklə federal səviyyədə yeni baş nazir olacaq. Düşünürəm ki, ən böyük sual bizim iqtisadi planımızın nə olduğu olacaq”,-deyə bildirib.

Kanadanın baş naziri Castin Trüdo daha əvvəl Kanada liberallarının yeni lideri seçildikdən sonra istefa vermək niyyətində olduğunu bildirmişdi. Trüdo 10 il baş nazir olub. Kanada Liberal Partiyasının yeni liderinin seçilməsi üçün səsvermənin martın 9-da yeni hökumət başçısı da ola biləcəyi bildirilib.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
17
editor.az

10Sources