EN

Gəncədə 41 yaşlı hamilə qadının ölümünün ilkin səbəbi açıqlanıb

Gəncədə 41 yaşlı hamilə qadının ölümünün ilkin səbəbi açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, ölüm doğuş zamanı olmayıb.

Belə ki, süni mayalanma ilə hamilə qalan qadın vəziyyəti ağırlaşdığından ailəyə məxsus nəqliyyat vasitəsilə Bakıda öz həkimlərinin yanına gəlmək istəyiblər. Lakin yolda qadının səhhəti daha da ağırlaşdığından Gəncədəki tibb müəssisəsinə müraciət etmək məcburiyyətində qalıblar.

TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

07.48

Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
75
14
editor.az

10Sources