EN

Barselonada keçirilən Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edildi

Bakı. Trend:

Martın 5-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisiolan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ən SürətliSabit Şəbəkə” mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat internetinsürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkətitərəfindən verilib.

Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilənkonqres çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüşzamanı baş tutub. Mükafat 2024-cü ilin 3-cü və 4-cü rüblərində ölkəüzrə aparılmış sürət testlərinin nəticələrinə əsasən təqdim edilib.“Ookla”® şirkəti bu barədə 27 fevral 2025-ci il tarixində dərcetdiyi rəsmihesabatında məlumat verib.

Hesabat ölkə üzrə 300 000-dən çox abunəçinin müxtəlif cihaz vətətbiqlər vasitəsilə keçirdiyi 4,5 milyona yaxın sürət testinəəsaslanıb. Testlərin nəticələrinə əsasən, ölkə üzrə ən yüksəkyükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığıhalda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyənolunub.

Qeyd edək ki, hər il GSMA tərəfindən təşkil olunan “MWCBarcelona” sərgisi süni intellekt, “IoT”, 5G, “bulud”texnologiyaları və digər rəqəmsal innovasiyalar sahəsində dünyanınaparıcı şirkətləri, startapları və ekspertlərini bir arayagətirir.

Chosen
14
4
az.trend.az

6Sources