EN

Bazar günü məktəblilər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Yenisabah.az xəbər verir ki, imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.

Həmin gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər.


Telegram kanalımız
Chosen
76
10
yenisabah.az

10Sources