EN

Cənubi Koreyada hərbi təlim zamanı səhvən bomba düşdü

BAKI, TurkicWorld

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 döyüş təyyarəsi hərbi təlim zamanı təsadüfən atış zonasından kənara 8 bomba atıb, nəticədə 7 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hadisə Şimali Koreya sərhədinə yaxın Poçeon şəhərində baş verib.

Mülki əraziyə düşən 8 bombadan yalnız biri partlayıb. Bomba zərərsizləşdirmə qrupu digər 7 partlamamış bombanı təhlükəsiz şəkildə məhv etmək üçün çalışır, sakinlər isə təxliyə edilib.

Cənubi Koreya Hərbi Hava Qüvvələri açıqlamasında , "KF-16 təyyarəmiz anormal şəkildə 8 MK-82 bombası atıb. Hadisə ilə bağlı araşdırma aparılır və dəymiş ziyana görə zərərçəkənlərə təzminat ödənəcək”. - deyə bildirib.

Hadisə nəticəsində kilsə binası və bir neçə evə də ziyan dəyib. Yerli mediada yayılan görüntülərdə binaların şüşələrinin sındığı və kilsənin damının zədələndiyi görünür.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə ABŞ qüvvələri ilə birgə keçirilən təlimlər zamanı baş verib. Cənubi Koreya və ABŞ martın 10-dan 20-dək genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

Chosen
29
turkic.world

1Sources